Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov ölkəmizdə bələdiyyə gününün təsis edilməsiylə bağlı maraqlı təkliflə çıxış edib. Məsələyə münasibət bildirmək üçün bələdiyyə üzvlərinə müraciət etdik.
Mingəçevir şəhər bələdiyyəsinin komissiya sədri, Zahid Qasımlı münasibət bildirib. Belediyye.infonun sorğusuna cavab olaraq komissiya sədr bildirib ki, bələdiyyə sisteminin inkişafıyla bağlı hər zaman öz sözünü deyən millət vəkili Kamran Bayramovun bu təklifi düşünürəm ki, hər bir bələdiyyə üzvünün və qulluqçuların ürəyincə olacaqdır.
Belə bir təklifi ötən illərdə bizdə olmaqla bəzi bələdiyyə üzvləri, o cümlədən bir sıra QHT təmsilçiləri tərəfindən bundan əvvəl verilmişdi:
“Yaxşıdır ki, Kamran müəllim təklifi parlamentdə qaldırıb. Artıq 20 ildir ki, Azərbaycanda bələdiyyələr fəaliyyət göstərir. Minlərlə insan bələdiyyədə çalışır. əhali bələdiyyə qurumuna inanır və yerli əhəmiyyətli problemlərlə bağlı bədiyyələrə müraciət edir. Yüzllərlə fəal bələdiyyə və bələdiyyə üzvləri-qulluqçuları vardır. Bizdə hətta bir nazirliyin işçilərinin peşə bayramı qeyd olunur. Həmin gün həmin peşə sahibləri Prezident tərəfindən təbrik olunur və müxtəlif təltiflərlə mükafatlandırılır.
Düşünürəm ki, belə təltiflərə layiq olan çoxsaylı bələdiyyə və bələdiyyə üzvləri-qulluqçuları var. Bələdiyyə gününün rəsmi qeyd olunması bələdiyyələrə əlavə stimul verər, rəqabətliyi və məsuliyyəti artırar. inanıram ki, təklif Parlament və Möhtərəm Prezident tərəfindən müsbət qarşılanacaq və müvafiq qərar və sərəncam veriləcək. Bələdiyyələrin 20 illiyi ərəfəsində belə bir qərar bələdiyyədə çalışanlar və seçicilər üçün xüsusi bir bayram töhfəsi ola bilər. Dövlət qulluqçusu günü olduğu üçün bələdiyyə qulluqçusu gününün olması da məntiqlidir.”
Belediyye.info